Martın 15-də UEFA-nın İsveçrənin Nion şəhərindəki mənzil-qərargahında futbol üzrə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün dörddəbir final mərhələsinin püşkü atılıb.

Gazette xəbər verir ki, püşkün nəticələrinə əsasən, dörddəbir finalda aşağıdakı oyunlar keçiriləcək:

 

Ajax (Hollandiya) - Juventus (İtaliya)

Liverpool (İngiltərə) - Porto (Portuqaliya)

Tottenham (İngiltərə) - Manchester City (İngiltərə)

Barcelona (İspaniya) - Manchester United (İngiltərə)

 

1/4 mərhələsinin ilk oyunları aprelin 10-11-də oynanılacaq. Cavab qarşılaşmaları isə aprelin 16-17-də keçiriləcək.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının final matçı “Atletiko Madrid” klubunun ev oyunlarını keçirdiyi “Metropolitano” stadionunda oynanılacaq.

 

UEFA Champions League adlı şəxsin şəkli.