Formula 1 üzrə mövsümün 5-ci yarışı olan İspaniya Qran Prisi (QP) “Mercedes” komandasının dublu ilə yadda qalıb.

Gazette xəbər verir ki, Sıralanma turunda ikinci nəticə göstərən “Mercedes” komandasının pilotu Lewis Hamilton 66 dövrəlik yarışı 2 pit stopla 1 saat 35 dəqiqə 50.443 saniyəlik nəticə ilə ilk pillədə başa vurub.

“Mercedes”in digər pilotu Valtteri Bottas QP-ni komanda yoldaşından 4.074 saniyə geridə tamamlayaraq ikinci, “Red Bull”un sürücüsü Max Verstappen isə üçüncü sırada bitirib.

İspaniya Qran Prisində gözlənilənlərin əksinə olaraq uğursuz çıxış edən “Ferrari”nin pilotları Sebastian Vettel və Charles Leclerc finiş xəttinə müvafiq olaraq 4-cü və 5-ci yerlərdə çatıblar.

Qələbə sayəsindən xallarının sayını 112-ə çatdıran Hamilton sürücülərin yarışında ilk pilləyə yüksəlib. Ondan 7 xal az toplayan Bottas ikinci, 66 xala malik Verstappen isə üçüncü yerdə qərarlaşıb.

Mühəndislər yarışında “Mercedes”in hegemonluğu davam edir. Son Dünya Çempionatının qalibi olan komanda 5 yarışdan sonra 173 xalla zirvədə yer alıb. “Ferrari”nin aktivində 99, “Red Bull”un isə 64 xal var.

Qeyd edək ki, Barcelonada keçirilən yarışda geridə qalan digər 4 Qran Pri yarışında olduğu kimi dubla imza atan “Mercedes” pilotları Hamilton və Bottas F1 üzrə Dünya Çempionatında mütləq rekorda imza atıblar.

F1 adlı şəxsin şəkli.

F1 adlı şəxsin şəkli.

F1 adlı şəxsin şəkli.