Futbol üzrə Türkiyə Superliqasının 14-cü turunda "Beşiktaş" - "Galatasaray" derbisi keçirilib.

Gazette-nin xəbərinə görə baş tutan İstanbul derbisində sevinən tərəf "qara qartallar" olub. "Vodafon Arena"da keçirilən matçın taleyini 1 qol həll edib. Qarşılaşmanın 18-ci dəqiqəsində Adem Ljajic "Beşiktaş"a qələbə gətirən qolu "Galatasaray"ın qapısından keçirib. O, penaltini dəqiq yerinə yetirib.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran "Beşiktaş" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Eyni xala malik "Galatasaray" bir pillə geriləyərək 4-cü yerə düşüb.

Qeyd edək ki, Superliqaya 14 turdan sonra 30 xalla "Başakşehir" başçılıq edir. Ondan bir oyun az keçirən "Kasımpaşa"nın aktivində 25 xal var.