Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

Gazetta.az Trend-ə istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçi finalda Rusiya təmsilçisi Maqomed Qiqiyevlə üz-üzə gəlib. Cəfərov qələbə qazanaraq qızıl medala sahib olub. Bu, Azərbaycan güləşçilərinin sayca 4-cü qızıl medalıdır.

Qeyd edək ki, bu gün digər yunan-Roma güləşçisi Qurban Qurbanov (48 kq) da qızıl medal qazanıb.

İlk yarış günüdə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirov (55 kq) isə gümüş medal qazanıb. Yunan-Roma güləşçilərindən Fərid Sadıxlı (45 kq) qızıl¸ Nihat Məmmədli (55 kq) bürünc medal qazanıb.