Futbol üzrə Almaniya Bundesliqasında son turun oyunları keçirilib.

Gazette xəbər verir ki, eyni vaxtda başlayan oyunlarda əsas diqqət “Bayern München” ilə Dortmund “Borussia”sına yönəlib.

Buna səbəb son tur öncəsi 75 və 73 xala malik olan hər iki komandanın çempionluq şanslarını bu tura saxlamaları olub.

“Allianz Arena”da “Eintracht”ı qəbul edən “Bayern” 5-1 hesabı ilə qalib gələrək Dortmund təmsilçisinin səfərdə Münhenqladbax “Borussia”sını 0-2 məğlub etməsinə baxmayaraq xallarının sayını 78-ə yüksəldib və Bundesliqanı çempion kimi tamamlayıb.

Başa çatan çempionatdan sonra olan "Bayern Münhen" və “Borussia” ilə yanaşı 66 xalla üçüncü olan “Leipzig” və 58 xalla ölkə çempionatını 4-cü sırada tamamlayan “Bayer Leverkusen”in Almaniyanı Çempionlar Liqasında təmsil edəcəkləri dəqiqləşib.

Münhenqladbax “Borussia”sı, "Wolfsburg" Avropa Liqasının qrup, “Eintracht” isə təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

Bundesliqanı bu il  "Hannover" və "Nurnberg" klublarının tərk edəcəkləri dəqiqləşib. "Stuttgart"ın gələn il əsas və ya ikinci liqada mübarizə aparacağı pley-off qarşılaşmalarından sonra bəlli olacaq.

FC Bayern München adlı şəxsin şəkli.