Çinin Şanxay şəhərində keçirilən Formula 1 üzrə Qran Pri yarışını "Mercedes" komandasının pilotu Lewis Hamilton qazanıb.

Gazette xəbər verir ki, F1 üzrə 1000-ci yarış olan Çin QP-ni ikinci sırada "Mercedes"in digər sürücüsü Valtteri Bottas, üçüncü yerdə isə "Ferrari"dən Sebastian Vettel bitirib.

Cari ildə keçirilən Dünya Çempionatında "Mercedes" pilotları ardıcıl 3 Qran Pri yarışında ilk iki pilləni tutmağa müvəffəq olublar. Bununla da "Mercedes" 26 il öncə, 1992-ci ildə "Williams" komandasının analoji rekordunu təkrarlayıb.

Qeyd edək ki, Formula 1 üzrə 1001-ci Qran Pri yarışı 2 həftə sonra Bakıda keçiriləcək.