Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən şahmat üzrə komanda növündə Dünya Çempionatı başa çatıb.

Gazette xəbər verir ki, 9 turdan ibarət DÇ-da kişilərin mübarizəsində mümkün 18 xaldan 16-nı əldə edən Rusiya millisi çempion olub. 

Rusiyadan 3 xal az toplayan İngiltərə yığması gümüş, 12 xala malik Çin komandası isə bürünc medala yiyələnib.

Qadınların mübarizəsində 9 oyundan sonra maksimum, 18 xal toplayan Çin millisi Dünya Çempionatının qızıl medalını qazanıb. 14 xala malik Rusiya gümüş, 12 xalla Gürcüstan isə bürünc medalına sahib olub. 

Qeyd edək ki, çempionatda yalnız kişilərdə mübarizə aparan Azərbaycan millisi 8 xal toplayaraq yekun sıralamada 7-ci olub.