Noyabın 6-da UEFA Çempionlar Liqasının IV turuna start verilib.

Gazette xəbər verir ki, günün sürprizi Serbiyada qeydə alınıb. Turnirin favoritlərindən "Liverpool" səfərdə "Crvena Zvezda"nın qonağı olub və gözlənilməz şəkildə 2-0 hesablı məğlubiyyətlə üzləşib. Xatırladaq ki, Belqrad təmsilçisi ilk turda doğma divarlar arasında "Napoli" ilə qolsuz heç-heçəyə nail olmuşdu.

Günün maraq kəsb edən "İnter" (İtaliya) - "Barcelona" (İspaniya) və "Napoli" (İtaliya) - "PSG" (Fransa) qarşılaşmalarının hər ikisində eyni hesab qeydə alınıb, 1-1. 

Türkiyənin Çempionlar Liqasında yeganə təmsilçisi "Galatasaray" da turu məğlub başa vurub. "Cim-bom" Almaniyada yerli "Schalke"yə 0-2 hesabı ilə məğlub olub.

Turun ilk oyun günündə qeydə alınmış digər nəticələrlə tanış olun: