UEFA Çempionlar Liqasında 1/4 final mərhələsin ilk görüşləri keçirilib.

Gazette xəbər verir ki, çərşənbə axşamı baş tutan qarşılaşmalarda "Tottenham" (İngiltərə) doğma divarlar arasında "Manchester City"ni (İngiltərə), "Liverpool" isə İngiltərənin "Anfield" stadionunda "Porto"nu (Portuqaliya) məğlub etməyi bacarıb. 

Martın 10-na təsadüf edən ikinci oyun günündə "Manchester United" İngiltərədə "Barcelona"nı qəbul edib və İspaniya təmsilçisinə minimal hesabla məğlub olub. Hollandiyada keçirilən "Ajax" - "Juventus" matçında hesabı açan tərəf italyanlar olsalar da meydan sahibləri status-kvonu bərpa edə biliblər.

Qeyd edək ki, mərhələnin cavab qarşılaşmaları 16 və 17 mart tarixlərində keçiriləcək.

UEFA Champions League adlı şəxsin şəkli.