Formula 1 üzrə Avstriya Qran Prisinin Sıralanma turunda hamıdan sürətli Charles Leclerc olub.

“Ferrari”nin monakolu gənc pilotu 1:03.003 saniyəlik nəticə ilə karyerasının ikinci poulunu əldə edib.

Sıralanma turunda 1:03.262 saniyə nəticə əldə edərək ikinci olan “Mercedes” komandasının pilotu Lewis Hamilton aldığı 3 yer cəzaya görə Qran Priyə 4-cü sıradan başlamalı olacaq. Hamiltonun cəza almasına səbəb onun “Alfa Romoe” komandasının sürücüsü Kimi Raikkonenin hərəkətinə mane törətməsi olub.

Hamiltonun cəza almasından sonra bu gün keçiriləcək yarışa “Red Bull” komandasının pilotu Max Verstappen ikinci, “Mercedes”in digər sürücüsü Valtteri Bottas isə 3-cü sıradan başlamalı olacaq.

Sıralanma turunda 5-ci olan “Haas” pilotu Kevin Magnussen ötürmə qutusunda etdiyi dəyişikliyə əlaqədar olaraq 5 yer itirməli olub və QP-yə 10-cu sıradan başlayacaq.

Image

Image