Futbol üzrə Azərbaycan Kubokunun final qarşılaşması keçirilib.

Gazette xəbər verir ki, Naxçıvan Muxtar Respublika Stadionunda “Qəbələ” ilə “Sumqayıt” arasında baş tutan qarşılaşmada sevinən tərəf qəbələlilər olub.

Qarşılaşmanın 4-cü dəqiqəsində komandasını önə keçirən Seteven Joseph-Monrose “Qəbələ”yə ilk dəfə çempionluq sevinci yaşadıb.

Qələbə sayəsində “Qəbələ” Azərbaycanı UEFA Avropa Liqasında təmsil etmək hüququ əldə edib.

Qeyd edək ki, bundan öncə ölkəmizi 2019/20-ci il mövsümündə Çempionlar Liqasında “Qarabağ”ın, Avroliqada isə “Neftçi” və “Səbail”in təmsil edəcəkləri dəqiqləşmişdi.