UEFA 2019/20 mövsümü üçün Avropa kuboklarında mübarizə aparan klublara ayırdığı gəliri açıqlayıb.

 

Gazetta.az-a istinadən xəbər verir ki, bununla bağlı hesabat qurumun saytında yayımlanıb. Yeni mövsüm Çempionlar Liqası, Avropa Liqası və UEFA superkubokundan kommersiya daxilolmaları 3,25 milyard avro məbləğində dəyərləndirilir.

 

UEFA-nın qərarına əsasən, 2019/20 mövsümü üçün avrokuboklarda mübarizə aparan komandaların gəlirləri aşağıdakı kimi olacaq:

Çempionlar Liqası

 

İlkin mərhələ: 230 min avro

Birinci mərhələ: 280 min avro

İkinci mərhələ: 380 min avro

Üçüncü mərhələ: 480 min avro 

Pley off: Bu mərhələ üçün mükafat nəzərdə tutulmayıb. Çünki qalib ÇL-in, məğlub isə Avropa Liqasının qrupunda oynayacağından onlara mükafat veriləcək.

 

Qrup mərhələsi: 32 komandanın hər birinə 15,25 milyon avro

 

Qrupda qələbə üçün: 2,7 milyon avro

Heç-heçə üçün: 0,9 milyon avro

 

1/8 finala çıxmağa görə: 9,5 milyon avro

1/4 finala çıxmağa görə: 10,5 milyon avro

1/2 finala çıxmağa görə: 12 milyon avro

Finala çıxmağa görə: 15 milyon avro

Çempionlar Liqasının qalibinə: 4 milyon avro

 

UEFA superkubokunda iştiraka görə: 3,5 milyon, qalib olmağa görə əlavə 1 milyon avro

Avropa Liqası

İlkin mərhələ: 220 min avro

Birinci mərhələ: 240 min avro

İkinci mərhələ: 260 min avro

Üçüncü mərhələ: 280 min avro

Pley-off: 300 min avro (yalnız məğlublar üçün. Qalib komanda qrupa vəsiqə qazandığından onlara mükafat ödəniləcək)

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro.

Qrupda qələbə üçün: 570 min avro

Heç-heçə üçün: 190 min avro

Qrupun qalibinə: 1 milyon avro

Qrup ikincisinə: 500 min avro

1/16 finala çıxmağa görə: 0,5 milyon avro

1/8 finala çıxmağa görə: 1,1 milyon avro

1/4 finala çıxmağa görə: 1,5 milyon avro

1/2 finala çıxmağa görə: 2,4 milyon avro

Finala çıxmağa görə: 4,5 milyon avro

Qalib əlavə 4 milyon avro qazanacaq

Xatırladaq ki, 2019/20 mövsümündə Azərbaycanı avrokuboklarında dörd komanda təmsil edir. "Qarabağ" Çempionlar Liqası, "Neftçi" və "Səbail" Avropa Liqasının birinci mərhələsindən mübarizəyə başlayıb. Ölkə kubokunun sahibi "Qəbələ" isə Avropa Liqasına ikinci mərhələdən qoşulacaq.