Formula 1 üzrə Avstriya Qran Pri yarışının qalibi Max Verstappen olub.

"Red Bull" komandasının hollandiyalı pilotu 2-ci sıradan başladığı yarışda startda bir neçə yer itirməsinə baxmayaraq sonda damalı bayrağı hamıdan birinci görüb.

F1-də karyerasının ilk qələbəsini qazanmağa yaxın olan "Ferrari" pilotu Charles Leclerc poul pozisiyasından başladığı yarışın sonlarında mövqeyini əldən verib və ikinci yerlə kifayətlənib.

Avstriya Qran Prisini üçüncü pillədə yarışa elə eyni mövqedən start götürən "Mercedes" komandasının sürücüsü Valtteri Bottas bitirib.

Sürücülərin mübarizəsində hazırda 197 xalla ilk pillədə qərarlaşan "Mercedes"in digər pilotu Lewis Hamilton yarışı "Ferrari" sürücüsü Sebastian Vettelin gerisində, 5-ci pillədə başa vurub. Pilotların yarışında 166 xala malik Valtteri Bottas 2-ci, Avstriya QP-də əldə etdiyi qələbə sayəsində 126 xal toplayaraq Vetteli 3 xal qabaqlayan Max Verstappen 3-cü yerdə qərarlaşıb.

Komandaların mübarizəsinə Dünya Çempionatında 9 Qran Prinin 8-də dubla imza atan "Mercedes" komandası 363 xalla başçılıq edir. İkinci pillədə olan "Ferrari"nin 228, üçüncü yerdə qərarlaşan "Red Bull"un isə 169 xalı var.

Image

Image