Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi noyabrın 2-də keçirilən "Galatasaray" - "Fenerbahçe" matçından sonra yaşanan hadisələrlə bağlı qərarını açıqlayıb.

Gazette xəbər verir ki, "İstanbul derbisi"ndə baş vermiş hadisələrə görə "Galatasaray"ın baş məşqçisi Fatih Terim 7, onun köməkçisi Hasan Şaş isə 8 oyunluq cəza alıblar. Bundan əlavə klubun 3 futbolçusu da cəzaya məruz qalıb. Belə ki, Ryan Donk 6, Badou N'diaye 5, Garry Rodrigues isə 3 oyun komandasına kömək edə bilməyəcək. 

İntizam Komitəsi "Fenerbahçe"nin iki futbolçusuna da cəza verib. Onlardan Jailson Siqueira 8, Robeto Soldado isə 6 oyunluq cəzalanıblar.

Qeyd edək ki, 2-2 başa çatan "Galatasaray" - "Fenerbahçe" matçında hakimin final fitindən sonunda hər iki klubun futbolçuları və texniki heyəti arasında gərgin anlar yaşanmışdı