Şpaqaçımız Ruslan Həsənov Polşanın Torun şəhərində keçirilən yeniyetmə və gənclərin dünya birinciliyində bürünc medal qazanıb.

Gazette xəbər verir ki, qrup mərhələsində keçirdiyi 6 görüşün hamısını qalib başa vuran Ruslan Həsənov mütləq nəticə ilə pley-offa yüksəlib.

O, 1/64 finalda yunan Dimitrios Markisi 15:6, ardınca isə 1/32 finalda rumıniyalı Adam Masckanı 15:10 hesabı ilə məğlub edib.

Gənc şpaqaçımız 1/16 finalda Niderland təmsilçisi Rendi Postmanı (15:8), 1/8 finalda isə israilli Stanislav Qalperi Dünya Çempionatından uzaqlaşdırıb, 15:13.

1/4 finalda Macarıstan qılıncoynadanı David Nagi üzərində 15:11 hesablı qələbə qazanan Ruslan Həsənov dünya birinciliyinin yarımfinalına yüksəlməklə ən azı bürünc medalı özü üçün təmin edib.

Şpaqaçımız yarımfinalda fransalı Artur Filippə 7:15 hesabı ilə uduzub və Dünya Çempionatını bürünc medalla tamamlayıb.

Qeyd edək ki, Ruslan Həsənov medal qazanmaqla Azərbaycanın müstəqillik tarixində ilk dəfə gənclərin dünya birinciliyində mükafatçılar sırasında yer almağı bacaran qılıncoynadan kimi tarixə düşüb.