Belarusun paytaxtı Minsk şəhərində davam edən II Avropa Oyunlarının doqquzuncu günündə idmançılarımız daha 4 medal (2 qızıl, 1 gümüş, 1 bürünc) əldə etməyi bacarıblar.

Kişi boksçuların mübarizəsində 81 kq çəki dərəcəsində finala yüksələn idmançımız Loren Alfonso Dominguez həlledici görüşdə britaniyalı rəqibini məğlub edərək yığmamızın aktivinə 4-cü qızıl medalı yazdırıb.

İyunun 29-da mübarizəyə qoşulan karateçilərin görüşündə kata yarışlarında Roman Heydərov bürünc medal əldə edib.

Kumite növündə finala yüksələn qadın karateçimiz İrina Zaretska 68 kq-da son görüşündə məğlub olaraq “Minsk 2019”-da gümüş medala yiyələnib.

II Avropa Oyunlarında ölkəmizin adına 5-ci qızıl medalı Asiman Qurbanlı qazanıb. Kumite yarışında 84 kq-da döyüşən karateçimiz final qarşılaşmasında Xorvatiyadan olan rəqibini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb.

Beləliklə, “Minsk 2019”-un doqquzuncu günündən sonra milli komandamız aktivində 5 qızıl, 7 gümüş və 12 bürünc medalla doqquzuncu sırada qərarlaşıb.

Hazırda ikinci Avropa Oyunlarında medal siyahısına Rusiya komandası başçılıq edir. Rusiyalı idmançıların aktivində 91 (39-18-34) medal var. İkinci yerdə Belarus (22-14-25), üçüncü pillədə isə İtaliya (11-13-10) yığmaları qərarlaşıblar.

Image may contain: one or more people

Image may contain: one or more people and people standing

Image may contain: 1 person, text

Image may contain: 1 person, smiling

Image may contain: 1 person