Futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.

Gazette xəbər verir ki, Bakı İdman Sarayında “Araz” və “Xəzər Cənub” komandaları arasında baş tutan həlledici qarşılaşmadan 4:1 hesabı ilə qalib ayrılan “Araz” ölkə çempionu olub. Üçüncü yer uğrunda keçirilmiş qarşılaşmada isə “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medal qazanıb.

Başa çatan ölkə çempionatının ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (Araz), ən yaxşı oyunçusu Vitali Borisov (Neftçi), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (Araz) seçilib.

Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan ölkə çempionatının bombardiri olub.

Qeyd edək ki, komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.