"Qarabağ" futbol klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb. 

Ağdam təmsilçisi ispaniyalı futbolçu Jaime Romero Gomezi heyətinə cəlb edib. Son ölkə çempionu Jaime ilə 3 illik müqavilə imzalayıb. Yarımmüdafiəçi "Qarabağ"ın heyətində 9 nömrəli forma altında çıxış edəcək. 

1990-cı il 31 iyulda İspaniyada anadan olan Romero Gomez peşəkar futbolçu karyerasına “Albasete” klubunda başlayıb. 28 yaşlı futbolçu müxtəlif illərdə ölkəsinin “Zaragoza”, “Real Madrid”ın B komandası, "Osasuna", "Lugo", "Cordoba", İtaliyanın “Bari” və “Udinese” kimi klublarının şərəfini qoruyub.

Image may contain: 2 people, text