FIFA Prezidenti Gianni Infantino 2019-cu ilin iyunun 5-də beynəlxalq futbol qurumuna keçiriləcək prezident seçkilərində tək namizəd olacaq.

Gazette bildirir ki, FIFA-dan verilən məlumata görə seçkilərdə iştirak etmək üçün namizədlərin qeydiyyata alınma müddəti fevralın 5-də bitdiyindən və Gianni Infantinodan başqa heç kim namizədliyini irəli sürmədiyindən hazırki prezident seçkilərdə yeganə namizəd olub.

Qeyd edək ki, quruma prezident seçkiləri iyunun 5-də Fransanın paytaxtı Parisdə təşkil ediləcək FIFA-nın 69-cu Konqresində keçiriləcək.

Xatırladaq ki, isveçrəli Gianni Infantino 2016-cı ildən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası‎na rəhbərlik edir.