Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Gazette xəbər verir ki, başa çatan turun 4 görüşündə qapılara cəmi 6 qol vurulub ki, bunun da 4-ü meydan sahiblərinin payına düşür.

X turun ilk oyun günündə 2 qarşılaşma keçirilib. 

İlk öncə "ASK Arena"da "Keşlə" çempionatın lideri "Neftçi"ni qəbul edib. Görüş "Flaqman"ın minimal hesablı qələbəsi ilə yekulaşıb. Matçın yeganə qolunu 2-ci dəqiqədə Mirabdulla Abbasov vurub.

Saat 19:00-da başlayan "Qarabağ" - "Sumqayıt" qarşılaşmasında isə meydan sahibləri seviniblər. Uzun zaman sonra yenidən "Tofiq Bəhramov adına Respublika Stadionu"nda meydana çıxan Ağdam təmsilçisi rəqibini 2-0 hesabı ilə məğlub edib. Qarşılaşmanın qollarını 25-ci dəqiqədə Simoen Slavchev və 56-cı dəqiqədə Dzon Delarge vurub.

Noyabrın 4-də "Qəbələ şəhər stadionu"nda keçirilən "Qəbələ" - "Sabah" matçında 3 qol qeydə alınıb. İlk qol meydan sahiblərindən gəlib. James Adeniyi 5-ci dəqiqədə fərqlənib. Steeven Monrose 15-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi 2 topa çatdırıb. "Sabah"ın gücü ancaq təsəlli qoluna çatıb. 52-ci dəqiqədə Bəxtiyar Soltanov matçın yekun nəticəsinin müəyyənləşdirib, 2-1.

Turun son qarşılaşması "Bakcell Arena"da baş tutub. "Zirə" "Səbail" oyununda tərəflərin cəhdlərinə baxmayaraq hesab açılmayıb, 0-0.

Qeyd edək ki, Premyer Liqanın arxada qalan 10 turundan sonra turnir cədvəlinə 25 xalla "Neftçi" başçılıq edir. "Qarabağ" 20 xalla ikinci, 17 xala malik "Səbail" isə III pillədə qərarlaşıb

Azerbaijan Professional Football League adlı şəxsin şəkli.