2019-cu ildə iki Ay tutulması hadisəsi baş verəcək.

Gazette bildirir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Məlumatda ilk tutulmanın yanvarın 21-də olacağı qeyd edilib. Təbiət hadisəsi Bakı vaxtı ilə saat 07:34-də başlayacaq və 10:51-də sona çatacaq. Ay səthinin tam tutulması isə saat 08:41-də start götürəcək və 09:43-də yekunlaşacaq. 

Qeyd edək ki, ilk Ay tutulması səhər saatlarında baş verdiyi üçün Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. Prosesi Sakit Okean, Amerika, Afrika və Avropanın bir hissəsində izləmək mümkün olacaq.

İkinci tutulma hadisəsi isə iyulun 17-də olacaq. Qismən baş verəcək tutulma saat 00:03-də başlayacaq və saat 02:59-da yekunlaşacaq. Tutulmanın maksimum həddi saat 01:31-də qeydə alınacaq. Bu tutulma da Azərbaycanda müşahidə olunmayacaq. Onu Cənubi Amerikada, Qərbi Avropanın cənub hissəsində, Afrikada, Asiyanın cənubunda, Avstraliyada müşahidə etmək mümkün olacaq.