Yanvarın 30-da Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) maliyyə dəstəyi və Xızı rayon Altıağac qəsəbə məscidi dini icmasının təşkilatçılığı ilə Xızı rayon Altıağac qəsəbə məscidində “İslam dini və cəmiyyət” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Fonddan Gazette-yə verilən məlumata görə, Altıağac qəsəbə məscidi dini icmasının sədri Ruslan Eyvazov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsininn aparıcı məsləhətçisi Ülvi Məmmədov, din xadimləri və qəsəbə ziyalıları iştirak ediblər. Çıxışçılar dini dəyərlərimizə görə milli, dini ayrıseçkiliyin böyük günahlardan hesab edildiyini, tolerant, mehriban birgəyaşayışın isə təqdir olunduğunu qeyd edərək, bu dəyərlərin sosial münasibətlərin tənzimlənməsində, eləcə də cəmiyyətin bütünlüyünün qorunmasındakı rolundan bəhs ediblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.