Paytaxtda güclü külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Gazette-yə verilən məlumata görə, aşan lövhə Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb. 

Bildirilir ki, dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunaraq, aşan dirək yoldan kənarlaşdırılıb və avtonəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi adlı şəxsin şəkli.