Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Gazette-yə verdiyi məlumata görə:

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraiti dəyişkən buludlu olacaq, yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə Abşeron yarımadasında 6-9, gündüz 14-19, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında martın 13-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-9, gündüz 19-24, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Martın 13-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin sürətinin 15-18 m/s olacağı, arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.