ABŞ PKK terror təşkilatının rəhbər şəxslərindən sayılan Murat Karayılan, Cemil Bayık və Duran Kalkanın axtarışı üçün pul mükafatı ayırıb.

Gazette xəbər verir ki, terrorçuların tapılması üçün ümumilikdə 12 milyon ABŞ dolları məbləğində vəsait müəyyən olunub.

ABŞ Xarici İşlər Nazirliyinin "Rewards for Justice" (Ədalət üçün mükafat) proqramı çərçivəsində Murat Karayılanın yerini bildirənə 5 milyon, Cemil Bayıka görə 4 milyon və Duran Kalkana isə 3 milyon dollar pul ayrılıb. Daxil olacaq məlumat mənbələrinin məxfiliyinin qorunmasına zəmanət verilir.

Qeyd edək ki, 1997-ci ildə PKK-nı xarici terror təşkilatı elan edən ABŞ, 2001-ci ildə onu beynəlxalq terror təşkilatı kimi tanıyıb.