Türkiyənin İstanbul şəhərinin Kartal bölgəsində 7 mətrəbəli yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 15 nəfərə yüksəlib.

Gazette xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib. Nazirin sözlərinə görə dağıntılar altından çıxarılan 14 nəfərdən yeddisinin vəziyyəti ağırdır.

Digər 14 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, fevralın 6-da İstanbulda çökən 14 mənzildən ibarət 7 mərtəbəli yaşayış binasında ümumilikdə 43 nəfərin qeydiyyatda olduğu bildirilir.