ABŞ parlamentinin iki palatasından biri olan Nümayəndələr Palatasının sədri Nancy Pelosi seçilib.

Gazette xəbər verir ki, Demokratlar partiyasının Kaliforniyadan olan konqresmeni 435 üzvü olan Nümayəndələr Palatasının 219-nun səsini əldə edərək Konqresin 56-cı, Nümayəndələr Palatasının isə ikinci dəfə eyni vəzifəyə seçilən ilk qadın sədri olub.

N. Pelosi bu postda Respublikaçılar partiyasının Viskonsindən olan üzvü Paul Ryanı əvəz edəcək.

Qeyd edək ki, ötən ilin sonlarında ABŞ-da keçirilən seçkilərdə Demokratlar partiyası Konqresin aşağı palatası olan Nümayəndələr Palatasında üstünlüyü ələ almışdı.