ABŞ-ın Kaliforniya ştatının cənubunda yerləşən Souzənd Oks (Thousand Oaks) şəhərində silahlı şəxsin kafeyə daxil olaraq insanlara atəş açması nəticəsində silahlının özü də daxil olmaqla 13 nəfər dünyasını dəyişib, xeyli sayda insan yaralanıb.

Gazette xəbər verir ki, Ştatın Ventura dairəsinin polisinin (şerif) verdiyi məlumata görə hadisə yerli vaxta gecə yarısı (Bakı vaxtilə səhər saatlarında) baş verib. 

Şerifin sözlərinə görə hadisə baş verdiyi "Borderline Bar and Grill" adlı kafedə tələbələrin əyləncə tədbiri keçirildiyindən çox insan olub. Onlardan 30 nəfərə yaxını xəstəxanaya yerləşdirilib.

Hadisə zamanı yerli polis idarəsinin 29 yaşlı əməkdaşı da dünyasını dəyişib. Yaralı halda xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, silahlı şəxsin kimliyi və hansı zəmində qətlə yetirildiyi haqqında mılumat verilmir.