Əlcəzairdə Prezident  Abdelaziz Bouteflikanın 5-ci dəfə prezidentliyə namizəd olmasına etiraz edən insanlar küçələrə çıxıblar.

Gazette xəbər verir ki, 800 min nəfər insanın iştirak etdiyi etiraz nümayişlərində güc strukturları ilə toqquşma baş verib. Əlcəzairin Səhiyyə, Əhali və Tibbi Reformlar üzrə Nazirliyindən verilən məlumata əsasən iğtişaşlarda 183 nəfər xəsarət alıb.

Qeyd edək ki, 1999-cu ildən ölkəyə rəhbərlik edən Abdelaziz Bouteflika bu il aprelin 18-də keçiriləcək prezident seçkilərində 5-ci dəfə namizəd olacağını açıqlamışdı. 

2013-cü ildə ağır insult keçirən 81 yaşlı Bouteflikanın hazırda vəziyyətinin ağırlaşdığı və İsveçrədə Cenevrə xəstəxanasında müalicə aldığı qeyd edilir.