Cənubi Amerika ölkəsi Ekvadorda reabilitasiya mərkəzlərinin birində güclü yanğın baş verib.

Gazette xəbər verir ki, ölkənin Guayaquil şəhərində reabilitasiya mərkəzində baş vermiş yanğında 18 nəfər dünyasını dəyişib.

Yanğın baş vermiş mərkəzdə əsasən narkotik maddələr və alkoqollu içkilərin aludəçiləri müalicə alırmışlar.

Yerli hüquq mühafizə orqanlarından verilən məlumata görə ölən 18 nəfərdən əksəriyyətinin yanğın zamanı çıxan tüstüdən boğulduqları bildirilir.