Emma Haruko Iwao pi ədədinin ifadə etdiyi rəqəmin dəyərini yenidən hesablayaraq dünya rekordunu qırıb.

Gazette xəbər verir ki, "Google" şirkətinin əməkdaşı olan bu qadın 121 gün ərzində 170 tetrabayt yaddaş və 25 virtual maşından istifadə edərək pi-nin 31 trilyon rəqəmə (əvvəlki rekord 22 trilyon idi) bərabər olduğunu tapıb.

Pi dairənin uzunluğunu onun diametrinə böləndə alınan rəqəmdir. Onun ilk üç rəqəmi - 3.14 riyaziyyat elmində daha çox istifədə olunur.

Pi mühəndislik, fizika, super kompüterləşdirmə və kosmik axtarışlar üçün çox əhəmiyyətlidir. Çünki, onun dəyəri dalğaların, silindrlərin və dairələrin hesablanmasında istifadə edilə bilər.

Xatırladaq ki, Pi-nin simvolu yunan əlifbasında 16-cı hərfdir. 31.4 trilyon rəqəmi söyləmək 332,064 il ala bilər.

Qeyd edək ki, "Google" şirkəti bu xəbəri 14 mart "Pi Günü" elan edib.