ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) "xarici terrorçu təşkilat” kimi tanıyıb.

Gazette xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trump məlumat verib. 

“ABŞ Dövlət Departamentinin rəhbərliyi ilə atılan bu addımla nəinki İranın terrorizmin sponsoru olduğu, hətta SEPAH-ın terrorçuluq fəaliyyətlərində yaxından iştirak etdiyi, onu maliyyələşdirdiyi, dövlət səviyyəsində terrorçuluğu dəstəklədiyi təsbit olunur”, - o qeyd edib.

ABŞ-ın bu addımına İran tərəfindən cavab gecikməyib. Belə ki, İranın Ali Milli Təhlükəsizlik Şurası ABŞ Silahlı Qüvvələrini özünün terrorçu təşkilatlar siyahısına daxil edib.

Qeyd edək ki, ötən gün İranın Xarici işlər naziri Javad Zarif ABŞ Silahlı Qüvvələrini terrorçu təşkilatlar siyahısına salmaq barədə Prezident Hasan Ruhaniyə və Ali Milli Təhlükəsizlik Şurasına məktub ünvanlamışdı.