Fransa Daxili İşlər Nazirliyi dekabrın 1-də ölkə daxilində baş vermiş etirazlara 136 min nəfərin qatıldığını, baş vermiş iğtişaşlar zamanı isə 263 nəfərin yaralandığını açıqlayıb.

Gazette xəbər verir ki, yazılı açıqlamada 630 nəfər "yaşıl jiletli"nin həbs edildiyi bildirilib. Nazirliyin verdiyi məlumata görə yaralanan 263 nəfərdən 81-i polis nəfəridir.

Fransanın Ədliyyə naziri Nicole Belloubet təşkil etdiyi mətbuat konfransında iğtişaşlar zamanı saxlanılan 630 nəfərin 2/3-sinin hakim qarşısına çıxarılacağını qeyd edib.

Bildirək ki, noyabrın 17-dən etibarən Fransada yanacağın qiymətlərinin qaldırılımasının əleyhinə etiraz aksiyaları keçirilir. İnsanlar sarı siqnal jileti geyinərək həm gələn ildən dizel və benzinin qiymətinin qalxmasına, həm də ölkə Prezidenti Emmanuel Macronun həyata keçirdiyi iqtisadi islahlatlara öz etirazlarını bildirirlər. "Sarı jiletlilər" ilk günlərdən yanacaq depolarına gedən və magistral yolları bağlamaqla ölkədə hərəkəti iflic etməyə cəhd göstəriblər.

Açıqlanan rəsmi məlumata görə bu günə kimi iğtişaşlarda 2 nəfər dünyasını dəyişib, 1424 nəfər saxlanılıb, 222-si güc strukturlarının əməkdaşı olmaqla 1043 nəfər yaralanıb.

Fransa'da akaryakıt zammı protestolarının bilançosu

Fransa'da akaryakıt zammı protestolarının bilançosu

Fransa'da akaryakıt zammı protestolarının bilançosu