ABŞ Prezidenti Donald Trumpla Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Jong Un arasında görüş keçirilib.

Şənbə günü iki Koreya dövləti arasında demilitirizasiya (hərbisizləşdirilmiş) edilmiş zonada baş tutan görüşdən sonra Trump demarkasiya xəttini keçərək Şimali Koreya ərazisinə daxil olub.

Donald Trump Şimali Koreya ərazisinə daxil olmaqla bir ilkə imza atıb. Belə ki, o, KXDR ərazisinə daxil olan ilk ABŞ Prezidenti kimi tarixə keçib.

Xatırladaq ki, bu Trumpla Jong Un arasında son illərdə keçirilmiş 3-cü görüş olub. Buna qədər liderlər Sinqapurda və Vyetnamda iki ölkə rəhbərinin iştirak etdiyi sammitlərdə bir aya gəlmişdilər. Görüşlərdə əsas müzakirə mövzusu KXDR-in nüvəsizləşdirilməsi, Koreya yarımadasınının silahsızlaşdırlması və Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalar olub. 

Image may contain: 2 people, people standing and suit