İtaliya polisi Lampedusa adasında Almaniyanın "Sea-Watch" qeyri-hökümət təşkilatına məxsus gəminin kapitanı Carola Racketeni saxlayıb.

Ölkə prokurorluğundan daha öncə bərəsində 42 miqrantla birlikdə İtaliya ərazisinə daxil olan gəmi kapitanı barəsində cinayət işi açıldığını bildirilmişdi. Carola Rackete qeyri-qanuni miqrant daşımaqda və hərbi gəminin əmrinə tabe olmamaqda ittiham edilir. Əgər ittihamlar öz əksini tapsa xanım kapitanı 10 ilə qədər həbs cəzası gözləyir.

Xatırladaq ki, Hollandiya bayrağı altında üzən axtarış-xilaestmə gəmisi Liviya sahilində beynəlxalq sularda 2 həftə köməksiz qalan miqrantları bərəsinə götürmüş və rəsmi Romanın etirazına baxmayaraq İtaliya ərazisində daxil olmuş və Lampedusa adasında lövbər salmışdı. Liviyadan Aralıq dənizi vasitəsilə Avropaya keçməyə çalışan miqrantlar adada yerləşən müvəqqəti sığınacaq mərkəzinə aparılıb. Miqrantları Avropanın 5 ölkəsi, Almaniya, Lüksemburq, Portuqaliya, Finlandiya və Fransa qəbul etməyə hazır olduqlarını bildirib. 

Image

Image