Danimarkanın Hörsholm kommunasında yerləşən Rungsted rayonunda baş vermiş silahlı hücumda 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Gazette-nin məlumatına görə, yerli polis tərəfindən verilən açıqlamada aprelin 6-sı axşam saatlarında 5 nəfərlik qrupa silahlı hücum olunduğu və bunun nəticəsində 20 yaşlı bir nəfərin dünyasını dəyişdiyi, 4 nəfərin isə yaralandığı qeyd edilib.

Danimarka polisinin ölkənin bir sıra ərazilərində həyata keçirdiyi geniş miqyaslı əməliyyatlarda hadisədə şübhəli bilinən 14 nəfər saxlanılıb.

Polis istintaqın davam etdiyini, hadisənin yerli cinayətkar qruplar tərəfindən törədilə biləcəyinin ehtimal olunduğu bildirib.