Rusiyanın Çelyabinsk vilayətinin Maqnitorsk şəhərində yaşayış binasında baş vermiş partlayışda ölənlərin sayı 37 nəfərə çatıb.

Gazette Rusiya Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ölənlərdən 6 nəfəri azyaşlıdır.

Nazirlikdən hadisə baş verən andan bu günə kimi axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 43 nəfərin çıxarıldığı və onlardan 33-nün dünyasını dəyişdiyi qeyd edilib. Xilas edilən 6 nəfər xəstəxanaya yerləşdirilib ki, onlardan da ikisi uşaqdır.

Daha 4 nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, dekabrın 31-i Maqnitorsk şəhərində səhər saatlarında 12 blokdan ibarət 10 mərtəbəli binada qaz sızması nəticəsində baş vermiş partlayışda binanın 7-ci bloku tamamilə dağılmışdır.