Kamerunda 79 şagird separatçılar tərəfindən qaçırılıb.

Gazette xəbər verir ki, hadisə Kamerunun  ingilis dilli əhalisinin yaşadığı Şimal-Qərb regionun paytaxtı Bamendanda baş verib.

Verilən məlumata görə silahlı şəxslər axşam vaxtı şagirdlərin olduğu binaya hücum edərək 79-u 11-17 yaş arası oğlan şagird olmaqla 82 nəfəri qaçırıblar. Qaçırılanlar arasında dayə, direktor və sürücü də var. 

Qeyd edək ki, Kamerunun Şimal-Qərb regionunda yaşayan ingilis dili separatçılar uzun müddətdir ki, ölkə prezidenti Paul Biya qarşı və eyni zamanda müstəqil dövlət qurmaq uğrunda silahlı mübarizə aparırlar. 

1982-ci ildən ölkəni idarə edən Paul Biya bir ay öncə növbəti seçkilərdə 70% səs toplayaraq 7-ci dəfə ölkə prezidenti seçilmişdir.