London məhkəməsi "Wikileaks" saytının qurucusu Julian Assange barəsində həbs qərarı çıxarıb.

Gazette xəbər verir ki, Ekvadorun siyasi sığınacaq verdiyi Julian Assange haqqında qərarını ləğv etməsinin ardından İngiltərə polisi onu Ekvadorun Londondakı səfirliydə saxlayıb. Saxlanıldıqdan sonra məhkəməyə çıxarılan Assange məhkəminin qərarı ilə həbs edilib.

Ekvador Prezidenti Lenin Moreno "Wikileaks"in qurucusunun siyasi sığınacaq tələbinin rədd edilməsini Assange-ın beynəlxaq razılaşmaları və gündəlik yaşayış protokollarını dəfələrcə pozması ilə əlaqədar olduğunu bildirib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinə məxsus gizli yazışmaları qurduğu "Wikileaks" saytı vasitəsilə dünya ictimaiyyətinə çatdıraraq böyük qalmaqala səbəb olmuş J. Assange haqqında ABŞ həbs qərarı çıxarmış, daha sonra İsveçdə iki qadına təcavüz etmə iddiası ilə ona qarşı cinayət işi açılmışdı.

Bu həbsin ABŞ-a ektradisiya ilə nəticələnmə riski olduğundan Assange 2012-ci ildə Ekvadorun Londonda yerləşən səfirliyinə sığınmış və siyasi sığınacaq tələb etmişdi.

2017-ci ildə İsveç məhkəməsi Julian haqqında başladılmış iddiları ləğv etmiş, elə həmin ildə Ekvador onun vətəndaşlıq haqqında müraciətinə müsbət cavab vermişdi.

Ötən il Ekvador tərəfindən yayımlanan açıqlamada Assange-ın yazıları vasitəsilə ölkənin beynəlxalq əlaqələrində problem yaşatdığı üçün onun internetə çıxışının bağlanıldığı bildirilmişdi.