Yeni Zelandiyanın Kraystçerç şəhərində yerləşən Əl-Nur və Linvud məscidlərində terror aktı törədilib.

Gazette xəbər verir ki, kütləvi ibadət zamanı edilən silahlı hücumlarda son məlumata görə 49 nəfər dünyasını dəyişib. 

Xəstəxanaya yeləşdirilən daha 20 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Yeni Zelandiyanın baş komissarı Mike Bushun sözlərinə görə 41 nəfər Əl-Nur, 7 nəfəri isə Linvud məscidində törədilmiş terror aktı zamanı dünyasını dəyişib.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern hadisəni terror aktı olduğunu bildirib.

Verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 4 nəfər artıq həbs edilib.

Qeyd edək ki, saxlanılanlardan Brenton Tarrant adlı Avstraliya vətəndaşı terror baş verən an sosial şəbəkə vasitəsilə 17 dəqiqə canlı yayım edib. Terrorçu hadisədən əvvəl motivlərin izah olunduğu 37 səhifəlik "manifest" də yazıb.

Artıq bir çox ölkələrin dövlət və hökumət başçıları hadisəyə münasibət bildirərək baş verənləri terror aktı kimi dəyərləndiriblər. 

 

Terror aktı zamanı canlı yayım edən və terror aktında şübhəli bilinən Brenton Tarrant.