2018-ci ildə 580 min 845 nəfər Avropa İttifaqı (Aİ) ölkələrindən sığınacaq istəyib.

Gazette xəbər verir ki, bu barədə Aİ-nın Statistika Xidmətinin hesabatında qeyd edilib.

Hesaba əsasən bu göstərici 2017-ci illə müqayisədə 11% azdır. Belə ki, bir il öncə Aİ-yə sığınacaq üçün müraciət edənlərin sayı 654 min 600 nəfər olub. 

Avropa İttifaqı ölkələri arasında sığınacaq üçün ən çox Almaniya (161 min 885 nəfər), Fransa (110 min 500) və Yunanıstana (65 min ) müraciət olunub.

Hesabatda Aİ ölkələrindən sığınacaq istəyənlər sırasında ilk üçlükdə Suriya 80 min 920 nəfər), Əfqanıstan 40 min 990 nəfər) və İraq (39 min 595 nəfər) vətəndaşlarının qərarlaşdığı bildirilir. 

MDB ölkələrindən sığınacaq üçün ən çox müraciət edən Gürcüstan vətəndaşlarıdır. 17 min 980 Gürcüstan vətəndaşı Aİ ölkələrinə sığınacaq üçün müraciət edib ki, onların da arasında ən çox müraciət olunan ölkələr Fransa, İrlandiya, Çexiya, Danimarka və Lixtenşteyndir.