Belarus Respublikasının Prezidenti Aleksander Lukashenko Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) Baş katibinin onun ölkəsindən olacağını bildirib.

Gazette xəbər verir, jurnalistin bu barədə sualına qəti olar "Belarusiya nümayəndəsi olacaq" cavabını verən Lukashenko məsələ ilə əlaqədar KTMT-nin üzvləri ilə danışdıqlarını və bunun artıq həll edildiyini bildirib.

Qeyd edək ki, qurumun Baş katibi Yuriy Khachaturov cari ilin noyabr ayının əvvəlində təmsil etdiyi Ermənistan tərəfindən vaxtından əvvəl geri çağırılmışdı. 

Ermənistanın təşkilatın yeni rəhbərinin yenidən onların nümayəndəsi olması ilə bağlı təkidlərinə baxmayaraq  növbəlilik prinsipini əsas tutan Belarusiya Baş katibin məhz onların təyin edəcəyi şəxsin ola biləcəyini bildirmişdi.