2019-cu ilin 23 iyun tarixində yenidən keçiriləcək İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi uğrunda mübarizə aparacaq namizədlərin yekun siyahısı açıqlanıb.

Gazette xəbər verir ki, açıqlanan yekun siyahında 4-ü siyasi təşkilat, 17-si müstəqil olmaqla 21 namizədin müraciəti təsdiqlənib.

İstanbul Böyükşehir Bələdiyyəsi uğrunda “Cümhur İttifaqı”nın namizədi, keçmiş Baş nazir Binali Yıldırım, “Millət İttifaqı”nın namizədi Ekrem İmamoğlu, “Saadet Partiyası”nın namizədi Necdet Gökçınar, “Vətən Partiyası”nın namizədi Mustafa İlker Yücel və daha 17 müstəqil namizəd iyunun 23-də keçiriləcək təkrar seçkilərdə İstanbul sakinlərinin etimadını qazanmağa çalışacaqlar.

Qeyd edək ki, martın 31-də keçirilmiş seçkilərdə “Cümhur İttifaqı”nın namizədi Ekrem İmamoğlu az fərqlə Binali Yıldırıma qalib gələrək İstanbul Bələdiyyəsinin sədri seçilsə də, sonradan hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) etirazları sonrası seçkinin nəticələri ləğv edilmiş və təkrar seçkilər iyunun 23-nə təyin edilmişdi.