Venesuelanın ABŞ-la diplomatik əlaqələri dayandırılıb.

Gazette xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nicolas Maduro məlumat verib. 

Maduro ABŞ-ı ölkədə çevriliş etməkdə ittiham edərək Şimali Amerika ölkəsi ilə diplomatik əlaqələri kəsdiklərini və ölkəsinin ABŞ-da olan səfirlik və konsulluqlarının bağlandığı bildirib. 

O eyni zamanda ABŞ-ın Venesueladakı səfirliyinin nümayəndələrinin ölkəni 72 saat ərzində tərk etməli olduqlarını bildirib.

Qeyd edək ki, Venesuelada müxalifət nümayəndələrinin keçirdikləri mitinq zamanı ölkə parlamentinin müxalifətdən olan sədri Juan Guaido özünü müvəqqəti hökümətin rəhbəri elan etmiş və ABŞ və Kanada başda olmaqla bir sıra ölkələr onu ölkə rəhbəri kimi tanımışdılar.