ABŞ prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumda (DİF) iştirak etməyəcək.

Gazette xəbər verir ki, Trumpın bu addımı atmasına səbəb ABŞ-dakı büdcə böhranı olub.

Məsələyə "Twitter" mikrobloqunda münasibər bildirən ABŞ Prezidenti, "Demokratlar sərhəd təhlükəsizliyi və ölkəmiz üçün təhlükəsizliyin böyük əhəmiyyətinə görə güzəştə getməməsi səbəbindən, İsveçrənin Davos şəhərinə, Dünya İqtisadi Forumuna səfərimi ləğv etdim. İsti diləklərimi və DİF-dən üzrxahlığımı qəbul edin", - deyə yazıb.