Dünyanın ən varlı insanı, "Amazon" şirkətinin sahibi Jeff Bezos və arvadı MacKenzie Bezos boşanıb.

Gazette xəbər verir ki, 137 milyard dollara sahib olan Jeff Bezos sərvətinin 1/4 hissəsini keçmiş həyat yoldaşına verməyə razı olub. Bundan əlavə MacKenzie "Amazon" şirkətindəki 4% səhmlə yanaşı "Blue Origin" kosmik şirkətində və "Washington Post" qəzetində də müəyyən paylara sahib olacaq. 

Cari ilin əvvəlində boşanacaqları ilə bağlı açıqlama verən 54 yaşlı Jeff Bezosla 48 yaşlı MacKenzie-nin 4 uşağı var. 

İxtisasca yazıçı olan MacKenzie iki novelin müəllifidir. 

Qeyd edək ki, boşanmadan sonra MacKenzie əldə edəcəyi 35 milyard dollarlıq sərvətlə, nəinki qadınlar arasında, ümumiyyətlə dünyada ən zəngin insanların sırasına daxil olacaq. 

"Forbes" nəşrinə görə qadınlar arasında hazırda ən zəngin insan Francoise Bettencourt Meyersdir. Məşhur "L'Oréal" kosmetika şirtkətinin yaradıcısının nəvəsi olan Mayersin sərvətinin dəyəri 49,3 milyard dollar dəyərləndirilir. Siyahıda 2-ci pillədə qərarlaşan Alice Waltonın sərvəti 44,4 milyard, 3-cu olan Jacqueline Marsın isə 23,9 milyardı var.

Beləliklə, ixtisasca yazıçı olan MacKenzie 35 milyardlıq sərvətlə qadınların siyahısında 3-cü pilləyə sahib olacaq.