İtaliya məhkəməsi Almaniyanın “Sea-Watch” qeyri-hökümət təşkilatına məxsus gəminin kapitanı Carole Racketenin gühansız olması barədə hökm çıxarıb.

Məhkəmə almaniyalı 31 yaşlı gəmi kapitanına qarşı irəli sürülmüş bütün ittihamları rədd edib və onun sərbəst buraxılması barədə qərar verib. Məhkəməyə sədrlik edən Alessandra Vella İtaliya hökümətinin irəli sürdüyü “hərbi gəmiyə müqavimət göstəmək” iddiasını “hərbi gəmi olmayıb, qayıq olub”, "qanunsuz miqrant daşımaq” ittihamını isə “insanların həyatını xilas etmək” kimi əsaslandıraraq ittihamları rədd edib.

Xatırladaq ki, Carole Rackete Hollandiya bayrağı altında üzən “Sea-Watch 3” gəmisi ilə Afrikadan Aralıq dənizi vasitəsilə Avropaya keçməyə çalışan lakin 2 həftə dənizin ortasında qalan 41 nəfər miqrantı gəmisinə götürdükdən sonra İtaliyanın Lampedusa adasında lövbər salmışdı.

Daha sonra miqrantlar gəmidən çıxarılaraq sığınacaqlara yerləşdirilmiş, ardınca isə gəmi kapitanı Rackete İtaliya polisi tərəfindən saxlanılmışdı. İtaliya höküməti onu barəsində qanunsuz miqrant daşımaq və hərbi gəminin çağırışına məhəl qoymayaraq sərhəddi pozmaq ittihamı ilə cinayət işi açmışdı.

Əgər irəli sürülən ittihamlar öz təsdiqini tapsaydı Carole Rackete 10 ilə qədər həbs cəzası ala bilərdi.