Efiopiyada ölkənin hava yollarına məxsus "Boeing 737" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Gazette xəbər verir ki, təyyarədə olan 149 sərnişin və 8 ekipaj üzvünün hamısı həlak olub. Təyyarədə 33 ölkədən sərnişinlərin olduğu bildirilir.

Efiopiyanın Əddis-Əbəbə şəhərindən Keniyanın paytaxtı Nayrobiyə istiqamət götürən "Boeing 737-Max" təyyarəsi havaya qalxdıqdan 6 dəqiqə sonra paytaxtdan 50 kilometr aralıda yerə düşüb. 

Qəzanın səbəbləri barəsində hələ ki, məlumat verilmir.