ABŞ Prezidenti Donald Trumpla Çin Xalq Respublikasının Prezidenti Xi Jinping arasında Argentinada baş tutan görüşmədə 3 aylıq "gömrük sülhü" ilə bağlı razılıq əldə olunub.

Gazette-nin xəbərinə görə, Ağ Evdən verilən məlumatda iki ölkə lideri arasında Buenos-Ayresdə baş tutan G20 (B20, "Böyük İyirmilik") Sammiti çərçivəsində keçirilən görüşün uğurlu olduğu açıqlanıb.

Məlumatda qeyd edilir ki, Trumpla Jinping arasında 90 gün müddətində heç bir dövlət tərəfindən (ABŞ, Çin) gömrük tariflərinin artırılmaması barədə razılıq əldə olunub. 

Bildirilir ki, razılığa əsasən 90 gün ərzində iki ölkə arasında ortaq məxrəcə gəlmək üçün yeni iqtisadi müzakirələr başlayacaq və bu müddət ərzində heç bir gömrük tarifi artırılmayacaq.

Açıqlamada 2019-cu ilin yanvar ayının 1-dən etibarən ABŞ-ın Çinə məxsus 200 milyard dollarlıq məhsullara 25%-lik gömrük rüsumu tədbiq etmək haqqında qərarın dəyişdirilərək yenidən müvəqqəti olaraq 10%-ə endirildiyi bildirilir.

Əlavə edilib ki, əgər 3 ay boyunca aparılacaq müzakirələrdə hər hansı irəliləyişə nail olmaq mümkün olmasa gömrük rüsumları yenidən 25% səviyyəsinə qaldırılacaq.

Eyni zamanda bildirilir ki, Çin ABŞ-dan kənd təsərrüfatı, enerji, sənaye və digər növ məhsullar ixrac edərək iki ölkə arasında olan iqtisadi tarazlığı lazımı səviyyəyə çatdırmağa çalışacaq.