İyunun 9-da Qazaxıstanda növbədən kənar prezident seçkiləri keçirilib.

Gazette məlumat verir ki, 11 milyon 947 min səsvermək hüququna malik vətəndaş ölkə prezidentini seçmək üçün 9 min 967 seçki məntəqəsinə üz tutublar.

Seçici aktivliyinin 77%-in üzərində olduğu seçkilərdə qeyri-rəsmi məlumata görə Kasım-Jomart Tokayev seçicilərin 70%-dən çoxunun səsini toplayaraq ölkə prezidenti seçilib.

Xatırladaq ki, Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayev bu ilin mart ayında istefa verdikdən sonra ölkə parlamentinin spikeri olan Kasım Tokayev martın 20-dən ölkə prezidentinin səlahiyyətlərini icra edirdi.